Baytarlıq preparatları, pestisidlər, aqrokimyəvi maddələr, bioloji aktiv qida məhsulları və GMO tərkibli yemlərin sənəd ekspertizası — məhsulun tərkibi, təhlükəsizlik göstəriciləri və normativ uyğunluğunun qiymətləndirilməsi prosesidir.
Foren Consulting olaraq, müvafiq qanunvericiliyə və beynəlxalq tələblərə əsaslanaraq təqdim edilən sənədlərin tamlığı, düzgünlüyü və elmi əsaslara uyğunluğunu yoxlayırıq. Ekspertiza nəticəsində məhsulun qeydiyyata alınması və bazara çıxarılması üçün tələb olunan sənədlərin uyğunluğu barədə obyektiv rəy hazırlanır.
Bu xidmət vasitəsilə istehsalçı və idxalçılar məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərini rəsmiləşdirmə mərhələsində peşəkar dəstək əldə edirlər.
