AZS ISO/IEC 17025:2020 standartının 7.7 “Nəticələrin etibarlılığının təmin edilməsi” bəndinə əsasən, laboratoriyalar öz sınaq nəticələrinin düzgünlüyünü və etibarlılığını mütəmadi olaraq yoxlamalıdırlar. Bu məqsədlə laboratoriyalararası müqayisəli sınaqlarda iştirak vacib tələblərdən biridir.
Foren Consulting olaraq biz müxtəlif analiz növləri üzrə laboratoriyalararası müqayisəli sınaqları təşkil edirik. İştirakçı laboratoriyalar təyin olunmuş nümunələr üzərində analiz aparır, nəticələri bizə təqdim edir və bu nəticələr beynəlxalq qiymətləndirmə meyarlarına əsasən analiz olunur.
Qiymətləndirmə nəticəsində hər bir laboratoriyaya fərdi hesabat təqdim olunur və bu hesabat vasitəsilə laboratoriya öz analizlərinin düzgünlüyünü, metodlarının etibarlılığını və ölçmə nəticələrinin sabitliyini müəyyən edə bilir.
Bu proses laboratoriyaların akkreditasiya tələblərinə uyğun fəaliyyət göstərməsinə, həmçinin etibarlılıq və müştəri inamının artırılmasına kömək edir.