Müəssisə və laboratoriyalarda idarəetmə sistemlərinin effektivliyinin qiymətləndirilməsi üçün daxili və ya xarici auditlərin keçirilməsi ISO standartlarının əsas tələblərindən biridir.
Foren Consulting şirkəti ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), ISO 22000 (Qida təhlükəsizliyi idarəetmə sistemi), ISO/IEC 17025 (Sınaq və kalibrləmə laboratoriyalarının səriştəliliyi) və digər beynəlxalq standartlar üzrə peşəkar auditor xidmətləri təqdim edir.
Təcrübəli auditorlarımız müəssisə və laboratoriyalarda proseslərin uyğunluğunu qiymətləndirir, mövcud uyğunsuzluqları müəyyən edir və idarəetmə sistemlərinin davamlı inkişafı üçün praktiki tövsiyələr hazırlayır.
Bu xidmət vasitəsilə təşkilatlar akkreditasiya və sertifikatlaşdırma proseslərinə daha hazırlıqlı, həmçinin daha səmərəli və şəffaf idarəetmə sisteminə malik olurlar.
